AZ

Neft kəskin ucuzlaşdı

ain.az bildirir, Lent az portalına istinadən.

Neftin qiyməti kəskin artımdan sonra yenidən 100 dollardan aşağı düşüb.

Lent.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə müvafiq statistika məlumatlarında bildirilir.

Qeyd olunur ki, martın 9-da ICE birjasında keçirilən ticarət zamanı neftin qiyməti bir barel üçün 120 dollara qədər yüksəlib, lakin hazırda 95 dollar səviyyəsinə enib.

Qiymətlərin qismən sabitləşməsi Böyük Yeddilik (G7) ölkələrinin iqtisadiyyat nazirlərinin qlobal enerji təchizatını qorumaq üçün istənilən tədbirləri görməyə hazır olduqlarını, o cümlədən strateji ehtiyatlardan istifadə edəcəklərini bildirməsindən sonra baş verib.

Bundan əvvəl qeyd olunurdu ki, Yaxın Şərqdə silahlı münaqişə neft qiymətlərinin artmasına səbəb olub. Martın 9-da keçirilən hərraclarda "qara qızıl"ın qiyməti 26%-dən çox artaraq 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
2
lent.az

3Mənbələr