AZ

Avstraliya İranın qadın futbolçularına viza verib

Avstraliya İranın qadınlardan ibarət milli futbol komandasının beş oyunçusuna ölkədə qalmaları üçün viza verib.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Avstraliyanın daxili işlər naziri Toni Börk jurnalistlərə bildirib ki, komandanın qalan üzvləri də Avstraliyada qala bilərlər. Komanda Asiya Kubokunda iştirak etmək üçün ölkəyə gəlib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanberradan təhlükəsizlikləri ilə bağlı narahatlıqları nəzərə alaraq İranın qadınlardan ibarət milli futbol komandasının oyunçulara viza verilməsini xahiş edib.

Seçilən
93
1
far.az

2Mənbələr