AZ

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

Bakıda yas mərasimində iştirak etmək üçün martın 6-da Naxçıvan-Bakı reysi ilə uçuş edəcəkdim. Lakin məlum səbəblərə görə həmin reys təxirə salındı. Məcbur olub qardaş Türkiyənin İğdır hava limanı vasitəsilə Bakıya uçduq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Natəvan Hüseynova deyib.

O qeyd edib ki, İğdırda onları çox səmimi, mehriban şəkildə qarşılayıb və yola salıblar: "Bu gün Bakıdan Naxçıvana uçuş edən zaman eşitdik ki, artıq aviareyslər ənənəvi qaydada bərpa olunur. Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə Naxçıvana və naxçıvanlılara göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarlığımızı bildiririk. İnşallah, xalqımız bir də belə hadisələrlə qarşılaşmaz."

Seçilən
90
5
azerbaijan-news.az

7Mənbələr