AZ

Rəşad Sadıqov: “Bir xal da yaxşı nəticədir”

“Oyun bizim üçün çox yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda “Kəpəz”lə 2:2 hesablı heç-heçədən sonra deyib.

“Rəqib isə standart vəziyyətdən fərqləndi. İkinci hissəyə fəal başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiəyə diqqət yetirirdi. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Mövsüm ərzində belə oyunlar olur. Hər iki qol standart vəziyyətdən oldu. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq 1 xal da yaxşı nəticədir”, - Sadıqov deyib.

İdman.Biz
Seçilən
39
4
idman.biz

4Mənbələr