AZ

"Oyuna nəzarət edən tərəf biz idik" - Rəşad Sadıqov

"Zirə" Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:

"Oyun bizim üçün yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə qol epizodlarımız var idi. Həmin epizodlardan istifadə edə bilmədik. Rəqib standart vəziyyətdən fərqləndi. İkinci hissəyə daha fəal başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiədə olurdu. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Sezon ərzində belə oyunlar olur. Hər iki qolu standart vəziyyətdən buraxdıq. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq 1 xal da qənaətbəxşdir."

Seçilən
12
4
fanat.az

4Mənbələr