AZ

Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim olundu – FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim olundu.

Gecənin proqramı müxtəlif dövrlərə və üslublara aid əsərlərlə zəngin idi. İlk olaraq gənc bəstəkar Aria Torkanbouri-nin "Aşıqsayağı" əsəri səsləndirildi. Əsər Bakıda ilk dəfə ifa olunaraq dinləyicilərin böyük marağına səbəb oldu.

Daha sonra fransız bəstəkarı Lili Boulanger-in "Qəmli bir axşam" əsəri təqdim olundu. Zərif və emosional musiqi dili ilə seçilən bu əsər orkestrin ifasında xüsusi təsir bağışladı.

Konsert proqramı görkəmli macar bəstəkarı Béla Bartók-un "Möcüzəli mandarin" baleti əsasında yazılmış süita ilə davam etdi. Dinamik və dramatik musiqi dili ilə seçilən bu əsər gecənin parlaq yekunu oldu.

Dinləyicilər konsert proqramını böyük maraq və alqışlarla qarşıladılar. Bununla da axşam yüksək musiqi ovqatı ilə başa çatdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
44
1
milli.az

10Mənbələr