AZ

Kuşner və Uitkoff təcili İsrailə gedəcək – Nə baş verir?

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı iş adamı, Donald Trampın kürəkəni Cared Kuşner martın 10-u, çərşənbə axşamı İsrailə səfər edəcək.

Məlumata görə, onlar səfər çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş keçirəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Axios portalının jurnalisti Barak Ravid mənbələrə istinadən X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner İsrailə səfər edərək baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparmağı planlaşdırırlar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
118
1
konkret.az

2Mənbələr