AZ

SON DƏQİQƏ: Türkiyə bu bölgəyə F-16 qırıcıları göndərdi

Türkiyə Şimali Kiprə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım regionda baş verən son hadisələr kontekstində Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə atılıb:

"Belə ki, 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Hadisələrin gedişatına uyğun olaraq ehtiyac yarandığı təqdirdə əlavə tədbirlərin görülməsinə davam ediləcək".

Seçilən
122
7
publika.az

9Mənbələr