AZ

Türkiyə Şimali Kiprə hava hücumundan müdafiə sistemləri yerləşdirib YENİLƏNİB

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.

"Cebheinfo.az" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım regionda baş verən son hadisələr kontekstində Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə atılıb:

"Belə ki, 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Hadisələrin gedişatına uyğun olaraq ehtiyac yarandığı təqdirdə əlavə tədbirlər də görüləcək".

08 mart, 22:20

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Mülki Aviasiya Departamentinin direktoru Aşkın Meşeli Türkiyənin sabah səhər ŞKTR-yə 6 ədəd F-16 qırıcı təyyarəsi göndərəcəyini bildirib.

"Cebheinfo.az" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

A.Meşeli təyyarələrin təhlükəsizlik məqsədilə göndərildiyini və yerləşdirilmənin mülki uçuşlara təsir etməyəcəyini bildirib.

Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr son hadisələri nəzərə alaraq, dünən ŞKTR-nin təhlükəsizliyini təmin etmək üçün adaya F-16 qırıcı təyyarələrinin yerləşdirilməsinin nəzərdən keçirildiyini bildiriblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
7
cebheinfo.az

9Mənbələr