AZ

Rihannanın evi atəşə tutuldu

ABŞ-nin Los-Anceles şəhər polisi 30 yaşlı qadını amerikalı müğənni Rihannanın (Robin Riaanna Fenti) Beverli Hillsdəki evinə atəş açmaqda şübhəli bilərək saxlayıb.

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən xəbər verib.

Mənbə avtomobildə olan qadının müğənninin malikanəsinə təxminən 10 atəş açdığını bildirib. Güllələr evin divarına dəyib. Rihanna atəş zamanı binada olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hücumun səbəbi hələ açıqlanmır.

"Cebheinfo.az"

Seçilən
91
3
cebheinfo.az

10Mənbələr