AZ

Ən uzunömrlü qan qrupu açıqlandı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Elmi araşdırmalar 100 yaşdan yuxarı insanların qan qrupları ilə bağlı maraqlı nəticələr ortaya qoyub. Müşahidələr göstərir ki, 0 (I) qan qrupu digər qruplarla müqayisədə uzunömürlü insanlarda daha çox rast gəlinir.Demokrat.az-ın məlumatına görə təbii ki, qan qrupu ömrün uzunluğunu təkbaşına müəyyən etmir, lakin müəyyən xəstəliklərə qarşı bioloji müqaviməti artırmaq potensialına malikdir. Tədqiqatlar göstərir ki, 0 qan qrupuna sahib olanlar ürək-damar xəstəlikləri, infeksiyalar və bəzi xərçəng növlərinə qarşı daha davamlıdırlar.Böyük Britaniyada, London Universitetinin Royal Holloway kollecinin alimləri tərəfindən aparılan araşdırmalar isə beynin qan laxtalanması riski ilə qan qrupları arasında birbaşa əlaqə olduğunu sübut edib. Məlumata görə, AB qan qrupunda laxtalanma riski digər qruplarla müqayisədə daha yüksəkdir, 0 qan qrupunda isə bu risk nisbətən aşağıdır.Vorvik Universitetindən professor Lorens Yanq qeyd edir ki, qan qrupunu müəyyən edən molekulyar quruluş qan laxtalanma mexanizminə birbaşa təsir göstərir. Hüceyrə səthindəki zülallar damar sağlamlığında və xəstəliklərə həssaslıqda həlledici rol oynaya bilər.Buna baxmayaraq, 100 yaşa çatmaq üçün yalnız qan qrupu kifayət etmir. Ekspertlər vurğulayır ki, fiziki aktivlik, düzgün qidalanma və stressin idarə edilməsi uzunömürlülüyün əsas amilləridir. Genetik faktorlar da rol oynayır, lakin sağlam həyat tərzi qan qrupunun verdiyi bioloji üstünlükləri daha da möhkəmləndirə bilər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
demokrat.az

1Mənbələr