AZ

Daha 46 vətəndaş təxliyə edildi

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam edir.Metbuat.az xəbər verir ki, martın 8-də saat 09:00-dan 20:00-dək ümumilikdə 46 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Təxliyə olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Onlardan 5-i Azərbaycan, 13-ü Çin, 8-i Rusiya, 3-ü Qazaxıstan, 3-ü İspaniya, 3-ü Belçika, 2-si Rumıniya, 1-i İsveçrə, 8- isə Macarıstan vətəndaşıdır.

Sözügedən şəxslər İrandan “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olaraq təxliyə ediliblər. Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə davam etdirilir.

Seçilən
96
49
metbuat.az

10Mənbələr