AZ

Xameneinin oğlu bu ölkədə dəbdəbəli mülklərə sahibdir

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əli Xameneinin oğlu İsrail səfirliyinin yaxınlığında Londonda dəbdəbəli mülkə sahibdir.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" əmlak qeydlərinə istinadən məlumat yayıb.

Atasının potensial varisi hesab edilən İranın Ali Liderinin oğlu Müctəba Xameneinin oğlu Londonun Kensington şəhərində iki mənzilə sahibdir. Onların ümumi dəyəri təxminən 50 milyon funt sterlinq qiymətləndirilir.

Mənzillər İsrail səfirliyindən cəmi bir neçə on metr məsafədə yerləşir və bu, təhlükəsizlik mütəxəssisləri arasında narahatlıq doğurur. Mütəxəssislər hesab edirlər ki, mənzillərin diplomatik obyektlərə yaxınlığı müşahidə üçün istifadə edilə bilər, lakin buna dair birbaşa dəlil yoxdur.

"Bloomberg" araşdırmasına görə, mülklər ailənin etibarlı adamı hesab edilən iş adamı Əli Ənsari vasitəsilə əldə edilib. Müctəba Xamenei, həmçinin, Avropadakı daşınmaz əmlak da daxil olmaqla, xaricdə digər aktivlərə də sahib ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
4
unikal.az

10Mənbələr