AZ

Masazırda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb

Abşeron rayonunun Masazır qəsəbəsində qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.

Azreform.info xəbər verir ki, hadisə qəsəbə ərazisində yerləşən təndirxanaların birində qeydə alınıb.

İlkin məlumata görə, qadının adı Bahar Muradovadır. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
103
14
azreform.info

10Mənbələr