AZ

“Qol maşını”nın iştahasına bax! “Təkrarlamağa çalışacam”

“İmişli” çox yaxşı komandadır., xüsusən müdafiə planında kompakt və sıx oynayır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın “qol maşını” Karim Rossi deyib.

Bölgə təmsilçilərinin qarşılaşması ortababların dueli kimi dəyərləndirilə bilər. Hər ikisi elitada qalmaq tapşırığının öhdəsindən gəlməyi bacarıb.

Buna baxmayaraq, mümkün qədər irəliləmək, adlarından söz etdirmək istəyirlər.

31 yaşlı isveçrəli hücumçu komandasının qələbə istəyini gizlətməyib:

“Şamaxıda oynamaq bizim üçün üstünlükdür. Bu fürsətdən yararlanmağa çalışacağıq.

Yenə deyirəm, bacarıqlı baş məşqçiyə və keyfiyyətli futbolçulara malik rəqiblə qarşılaşacağıq.

Hər iki komanda üçün çətin oyun olacağını düşünürəm. "İmişli”nin uzun müddətdir qələbə qazana bilməməsi onların 3 xal istəyini artırıb.

Bunun fərqindəyik. Lakin biz də qələbə həvəsindəyik.

İlk dövrədəki görüşdə “İmişli”yə qol vurmağı bacarmışdım (ötən ilin noyabrın 7-də baş tutan oyunda “Şamaxı” “İmişli” üzərində 1:0 hesabı ilə qələbə qazanmışdı – H.).

Bu dəfə də təkrarlamağa çalışacam. Kimin qol vurması önəmli deyil. Vacib olan sonda qələbəyə sevinməkdir”.

Martın 8-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlayacaq.

HƏBİB

Seçilən
61
sportinfo.az

1Mənbələr