AZ

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlandı

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb.

KONKRET.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində yerləşən binalardan birinin mənzilində baş verib. Əslən Naxçıvandan olduğu bildirilən və şəhərdəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) gənc hərbçinin meyiti kirayədə yaşadığı mənzildə aşkar edilib.

Məlumata görə, meyit binanın 4-cü mərtəbəsində yerləşən mənzildə tapılıb. İlkin baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.

Meyitin kimə məxsus olduğu və ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
82
5
konkret.az

7Mənbələr