AZ

Pezeşkiana üzrü geri oxutdular: "Biz üzr istəməmişik, sadəcə..."

İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyası vasitəsilə xalqa müraciətində ölkəsinin regional siyasəti və qonşu dövlətlərlə münasibətləri barədə danışıb.

Musavat.com xəbər verir ki, Pezeşkian İranın bütün region ölkələri ilə dostluq münasibətlərində olduğunu iddia edib.

Bununla belə, prezident qonşu ölkələrin ərazisindən İrana qarşı hər hansı müdaxilə və ya hücum cəhdi olarsa, rəsmi Tehranın buna "cavab verməyə məcbur" qalacağını vurğulayıb: "Verəcəyimiz cavab o demək deyil ki, bizim həmin ölkə ilə mübahisəmiz var və ya onun xalqına zərər vermək istəyirik — biz sadəcə zərurət yarandığı üçün cavab verəcəyik".

Pezeşkian həmçinin bildirib ki, İranın əleyhdarları onun əvvəlki bəyanatlarını təhrif edərək "qonşular arasında nifaq toxumu səpməyə" çalışırlar. "Onlar səhvən elə düşünürlər ki, biz üzr istəmişik. Xeyr, biz sadəcə gərginlik şəraitində yaşayan insanların narahatlığına görə öz narahatlığımızı ifadə etmişik", - deyə o qeyd edib. 

Pezeşkian və İran hökuməti üzr istəməyi özünə qəbahət bilir, ancaq Naxçıvana-hər zaman qonşuluq prinsiplərinə sadiq qalan Azərbaycan ərazisinə heç bir səbəb olmadan dron atmağı nöqsan, nankorluq bilmir. Nəzərə alaq ki, hazırda İran konkret olaraq SEPAH tərəfindən idarə olunur. SEPAH-ın isə regiona, qonşu dövlətlərə münasibəti bəllidir. Belə görünür ki, Pezeşkiana da üzrü geri oxudublar...

Musavat.com

Seçilən
88
3
musavat.com

10Mənbələr