AZ

Nazim Eynallı: 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunur. » AzadMedia.az


Nazim Eynallı
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru


Hər il bu əlamətdar tarix ərəfəsində müxtəlif sahələrdə fərqlənən qadınlara fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Bu ənənə dövlətin qadın əməyinə, zəhmətinə və ictimai fəallığına verdiyi yüksək qiymətin bariz ifadəsidir.

Müstəqil Azərbaycanın inkişaf strategiyasında qadın siyasəti prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu siyasət bu gün İlham Əliyevin rəhbərliyi ilə yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar gender bərabərliyinin daha da möhkəmləndirilməsinə, qadınların hüquq və imkanlarının genişləndirilməsinə şərait yaradıb

2006-cı ildə qəbul edilən Gender bərabərliyinin təminatları haqqında qanun, eləcə də 2010-cu ildə qüvvəyə minmiş Məişət zorakılığının qarşısının alınması haqqında qanun qadın hüquqlarının qorunması sahəsində mühüm hüquqi baza formalaşdırmışdır. Bu qanunlar cəmiyyətdə yeni düşüncə tərzinin yaranmasına, stereotiplərin aradan qaldırılmasına və gender mədəniyyətinin inkişafına təkan verib

Azərbaycan müstəqillik əldə etdikdən sonra gender bərabərliyinin təmin olunması istiqamətində sistemli addımlar atıb. Qadınların parlamentdə, bələdiyyələrdə, dövlət qurumlarında və mühüm strateji sahələrdə təmsilçiliyi artıb. Sosial-iqtisadi islahatlar, məşğulluq proqramları və sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarını genişləndirmiş, onların əmək bazarında rəqabət qabiliyyətini artırıb

Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə qəbul olunmuş fərman və sərəncamlar, beynəlxalq sənədlərə qoşulma və institusional mexanizmlərin yaradılması gender siyasətinin davamlı və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban Əliyeva, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti ilə Azərbaycan qadınının nüfuzunu yüksəldir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar və mədəni diplomatiya sahəsində mühüm layihələr həyata keçirərək Azərbaycanın “yumşaq güc” siyasətinin əsas dayaqlarından birinə çevrilib

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan xeyriyyə və sosial layihələr müxtəlif ölkələri və qitələri əhatə edir. 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərliyin də ona həvalə edilməsi qadınların innovasiya, rəqəmsallaşma və texnoloji inkişaf sahələrində liderlik rolunun gücləndirilməsinin göstəricisidir.

Azərbaycanda qadın siyasətinin effektivliyini təmin edən mühüm sənədlər və qərarlar qəbul edilib

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda yalnız bayram deyil, həm də dövlət siyasətinin mühüm istiqaməti olan gender bərabərliyinin, qadın hüquqlarının və qadınların cəmiyyət həyatındakı fəal rolunun təntənəsidir. Azərbaycan qadını bu gün həm milli dəyərlərin qoruyucusu, həm də müasir inkişafın aparıcı qüvvələrindən biri kimi ölkənin gələcəyinin formalaşmasında mühüm missiya daşıyır.
Seçilən
107
1
azadmedia.az

2Mənbələr