AZ

Adil Əliyevin KOLXOZ HESABATI – BU NƏDİ BELƏ?

Suraxanıda növbəti küçə asfaltlanıb. Gözümüz aydın olsun… Xüsusilə də həmin ünvanda yaşayan sakinlərin… Amma görünəni odur ki, sözügedən rayonun icra hakimiyyətinin başçısı Adil Əliyevin şəxsi sosial şəbəkə hesabında verilmiş bu müjdə heç də böyük sevinc hissi yaratmır. Niyəsini izah edək…

NOCOMMENT.az xəbər verir ki, Adil Əliyevin sosial şəbəkə hesabında paylaşılan xəbərdə qeyd olunur: “Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alaraq qəsəbələrdə təmir-bərpa işləri davam etdirilir. Rayonun yol infrastrukturunun yaxşılaşdırılması da əsas prioritet məsələlərdəndir və bu istiqamətdə tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində asfaltlanma işləri aparılır.

Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə həyata keçiriləcək”.

İndi isə keçək mətləbə… Biz heç nə demirik… Fotolara gözucu nəzər salın… Bəli, Adil müəllim YAMAQ VURMAQ işini ASFALTLAMA kimi təqdim edir. Yəqin yetim dövlət büdcəmizdən nə qədərsə pullar silinib artıq…

Bunu da qoyaq bir kənara: BƏS ÖZGƏ VAXTI DEYİRDİNİZ Kİ, YOL ÇƏKİLİŞİ İCRA HAKİMİYYƏTİNİN SƏLAHİYYƏTİNDƏ DEYİL…

Nə oldu bəs?

P.S. Bir də onu deyək ki, bu nəmli havada sulu-sulu vurduğunuz asfalt örtüyü ilk yaz günəşi altında ovulub quma dönəcək… Yəni yeyəndə də görməmiş kimi yediyinizdən hətta bu kimi faktorları belə nəzərə almırsınız… /dia-az.org/

Seçilən
65
nocomment.az

1Mənbələr