AZ

ABŞ-dən Rusiyaya İranla bağlı XƏBƏRDARLIQ

ABŞ administrasiyasının nümayəndəsi Stiv Uitkoff Rusiya ilə bağlı sərt xəbərdarlıq səsləndirib.

Musavat.com xəbər verir ki, o bildirib ki, Vaşinqton Moskvanı İrana hər hansı hədəf məlumatı və ya digər hərbi yardım verməkdən çəkinməyə çağırır.

Uitkoffun sözlərinə görə, Rusiyanın belə addımlar atması regiondakı gərginliyi daha da artıracaq və münaqişənin miqyasını genişləndirə bilər.

Bu açıqlamaya Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ironik reaksiya verib. O, sosial şəbəkədə yazıb: “Bəs Ukraynaya verilən kəşfiyyat məlumatları necə olacaq?”

Medvedev bununla Qərb ölkələrinin Ukraynaya təqdim etdiyi genişmiqyaslı kəşfiyyat və hərbi dəstəyi xatırladaraq ABŞ-ın mövqeyində ikili standartların olduğunu vurğulayıb.

Musavat.com

Seçilən
49
35
musavat.com

10Mənbələr