AZ

Dolabların küncünə 1 ədəd şabalıd qoyun...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qış aylarında mənzilləri isti saxlamaq üçün pəncərələri qapalı saxlamağımız otaqlarda rütubətin artmasına səbəb olur. Bu vəziyyət xüsusilə dolabların içində, künclərdə xoşagəlməz qoxu və divarlarda qaralmalarla özünü büruzə verir. Avropanın bir çox ölkəsində və Ukraynada illərdir sınaqdan keçirilən tam təbii üsul bu problemi kökündən həll etməyə kömək edir. Həll yolu çox sadədir, dolabların künclərinə bir neçə ədəd at şabalıdı qoymaq...Demokrat.az xəbər verir ki, payız aylarında park və bağçalardan asanlıqla toplaya biləcəyiniz at şabalıdı qurudulmuş halda əla nəmçəkən xüsusiyyətə malikdir. Tək bir quru şabalıdı rəflərin künclərinə, ayaqqabı şkaflarına və ya siyirmələrə yerləşdirməklə rütubətin geyimlərə hopmasının qarşısını almaq olar. Bu üsul həm də dolablardakı ağır qoxunu neytrallaşdırır.At şabalıdının daha bir gizli faydası isə təbii qoruyucu olmasıdır. Onun özünəməxsus qoxusu yun paltarları, pencək və paltoları güvələrdən uzaq tutur. Diqqət edilməli məqam odur ki, istifadə olunan şabalıdlar tam quru olmalıdır. Nəmli şabalıdlar fayda vermək əvəzinə kif yarada bilər. Bu təbii vasitələri hər iki-üç aydan bir yeniləmək məsləhətdir.Qeyd edək ki, təbii üsullar köməkçi olsa da, mütləq hər gün ən azı 15 dəqiqə evi havalandırmaq lazımdır. Əlavə olaraq bir qaba yığılmış qaya duzu və ya düyü də nəm səviyyəsini aşağı salmağa kömək edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
demokrat.az

1Mənbələr