AZ

Metroda pul kisəsi və telefon oğurlayan şəxs yaxalandı

Bakıda daha bir xuliqanlıq hadisəsi baş verib. Belə ki, martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Mətləb

Seçilən
86
28
sia.az

10Mənbələr