AZ

SEPAH-dan prezident Pezeşkianla bağlı ŞOK AÇIQLAMA: “Səhv edib..”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial şəbəkə hesabında ölkə prezidenti Məsud Pezeşkianın son bəyanatı ilə ziddiyyət təşkil edən paylaşım edilib.

NOCOMMENT.az xəbər verir ki, paylaşımda Pezeşkianın İranın artıq qonşu ölkələrə hücum etməyəcəyi ilə bağlı verdiyi açıqlamanın düzgün olmadığı iddia olunub və onun bu mövqeyinin səhv olduğu bildirilib.

SEPAH-a bağlı hesabda qeyd olunub ki, prezidentin bəyanatından qısa müddət sonra regionda hərbi fəaliyyət davam edib və Dubayla Əbu-Dabinin hücuma məruz qaldığı iddia edilib. Paylaşımda həmçinin müharibə şəraitində verilən bəzi siyasi açıqlamalara etibar edilməməsi ilə bağlı fikirlər səsləndirilib.

Sözügedən paylaşım İran daxilində siyasi və hərbi strukturlar arasında mövqelərin fərqli olduğunu göstərən müzakirələrə səbəb olub. Bununla belə, məsələyə dair rəsmi dövlət qurumları tərəfindən əlavə açıqlama verilməyib.

Sara

Seçilən
57
nocomment.az

1Mənbələr