Region ölkələri öz ərazilərində yerləşən ABŞ hərbi bazalarının real rolunu artıq anlayırlar.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, region dövlətləri getdikcə daha aydın şəkildə başa düşürlər ki, onların ərazisində yerləşdirilən Amerika hərbi bazaları regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət etmir.
İran diplomatiyasının mövqeyinə görə, bu bazalar əsasən Yaxın Şərqdə ABŞ-nin və İsrailin maraqlarının qorunması məqsədilə istifadə olunur.
“Region ölkələri şübhəsiz başa düşüblər ki, öz ərazilərində yerləşən Amerika hərbi bazaları regionun təhlükəsizliyinə töhfə vermir. Amerika bazaları yalnız sionistləri dəstəkləmək üçün istifadə olunur”, - deyə İran Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanır.
Musavat.com