AZ

Rusiya-Ukrayna sülhü “yoldadır”

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı münaqişənin həlli artıq astanadadır. 

“Cebheinfo.az” xəbər veirr ki, Prezident bunu Floridada keçirilən "Amerika Qalxanı" sammitindəki çıxışı zamanı bildirib.

Amerika lideri yeni hərbi gəmilərin inşasından danışıb və qeyd edib ki, bu baxımdan o, "çox militarist" kimi qəbul oluna bilər.

"Mən səkkiz müharibəyə son qoymuş biriyəm.  Düşünürəm ki, daha biri də yoldadır", - deyə Tramp bildirib.

O əlavə edib ki, ABŞ bir neçə dəfə Ukraynada sülhün bərqərar olmasına yaxınlaşıb, lakin sonda münaqişənin bir tərəfi geri çəkilib. Tramp, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı "nifrət" "çox güclüdür".

ABŞ-nin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarının əvvəlki mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçirilib. Rusiya nümayəndə heyətinə rəhbərlik edən Prezidentin köməkçisi Vladimir Medinski görüşləri "çətin, lakin işgüzar" adlandırıb. 

3 martda Kremlin sözçüsü Dmitri Peskov yeni raund üçün konkret bir tarix və ya yer olmadığını və ABŞ-İsrail əməliyyatı ilə bağlı Yaxın Şərqdəki böhran səbəbindən danışıqların Əbu-Dabidə keçirilməsinin şübhə altında olduğunu bildirib.

“Bloomberg”-in 2 mart tarixli xəbərinə görə, danışıqların yeni raundu İstanbulda baş tuta bilər.

Seçilən
78
cebheinfo.az

1Mənbələr