Bu gün Azərbaycanın qadınlardan ibarət milli komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Msport.az xəbər verir ki, Siyasət Əsgərovun komandası səfərdə Macarıstana məğlub olub – 0:1.
Qeyd edək ki, komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.
Qrupun digər oyununda Şimali Makedoniya Andorranı 3:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.