AZ

İran ordusu ABŞ bazalarına zərbələr endirib

İran ordusu İraq və Bəhreyndəki ABŞ bazalarına zərbələr endirib.

"Far.Az"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İraqın Ərbil şəhərindəki Amerika Hərir Hava Bazasında İran silahlı qüvvələrinin hücumundan sonra yanğın baş verib.

Qeyd olunub ki, İran ordusu ABŞ-ın bu ölkənin Qeşm adasındakı infrastruktura hücumuna cavab olaraq Bəhreyndə yerləşən Cuffair hava bazasındakı Amerika qoşunlarına da aviazərbələr endirib.

BƏƏ, Qətər və Küveytin müdafiə nazirlikləri də İranın öz ərazilərinə raket və pilotsuz təyyarə hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə sistemlərinin intensiv əməliyyat keçirdiyini bildiriblər.

Seçilən
19
3
far.az

4Mənbələr