AZ

Ərdoğan XİN rəhbərləri ilə regional sülh barədə fikir mübadiləsi aparıb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının üzvlərini qəbul edərkən müzakirə olunan mövzuları açıqlayıb.

"Far.Az" xəbər verir ki, C. Bayramov bu barədə "X"dəki hesabında yazıb.

Nazir bildirib ki, Ərdoğanın qəbulunda Azərbaycan ilə qardaş türk xalqları arasındakı möhkəm əlaqələr, regional sülh və inkişaf sahəsində ortaq maraqlar, eləcə də enerji, nəqliyyat və digər sahələrdə davam edən birgə səylər barədə fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının üzvlərini qəbul edib.

"Far.Az" xəbər verir ki, qəbul İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Türkiyə Prezidentinin qəbulunda olub.

Seçilən
88
8
far.az

10Mənbələr