AZ

Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Serbiya aprel ayında xarici tərəfdaşla birlikdə öz ərazisində pilotsuz uçuş aparatı (PUA) istehsalına başlayacaq."

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç "Serbiya 2030" milli strategiyasının təqdimatı zamanı məlumat verib.

"Biz əvvəllər də bununla məşğul olmuşuq, müxtəlif versiyalar hazırlamışıq, amma indi, aprelin sonundan başlayaraq, bir xarici tərəfdaşla birlikdə Serbiya ərazisində tammiqyaslı dron istehsalına başlayacağıq", - deyə o bildirib.

Bundan əlavə, Serbiya lideri Silahlı Qüvvələrin "İsrail modelinə uyğun olaraq" texnoloji modernizasiyası planlarını açıqlayıb. Aleksandar Vuçiç, həmçinin Çinin "Mint" şirkətinin iştirakı ilə ölkədə ilk humanoid robotları istehsalı fabrikinin bu payızdan gec olmayaraq yaradılacağını elan edib.

"Serbiyada müxtəlif tapşırıqlar üçün 1 000 belə robot və müxtəlif funksiyalara malik 10 000 robot it istehsal ediləcək. Mən süni intellekti gələcək üçün çox əhəmiyyətli hesab edirəm", - deyə Vuçiç vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
oxu.az

3Mənbələr