Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, regionda artan eskalasiya və bunun regional sabitliyə mümkün təsirləri müzakirə olunub.
İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisini hədəf alan raket buraxılışı və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları qətiyyətlə pislənilib.
Bu qəbildən hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi və təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyi diqqətə çatdırılıb.
Sözügedən hücumlardan dərhal sonra Türkiyə Respublikasının Prezidenti başda olmaqla, Türkiyə tərəfinin Azərbaycana dəstək ifadə edən açıqlamalarına görə minnətdarlıq ifadə olunub.
Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamət üzrə həyata keçirilən təyyarə reyslərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuşların müvəqqəti olaraq İğdır Hava Limanı vasitəsilə təşkil olunmasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.
Görüş zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq və koordinasiya məsələləri, yüksək səviyyəli səfər və təmaslar ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.
*** 17:20
İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, u barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri şurasının fövqəladə iclası keçiriləcək.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta