AZ

Liviya Prezident Şurasının Sədri İlham Əliyevə zəngETDİ

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Redaktor.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.

Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Seçilən
39
28
redaktor.az

10Mənbələr