Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun UFC-də növbəti rəqibi müəyyənləşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, "UFC 327" turniri çərçivəsində amerikalı Marquel Mederos ilə üz-üzə gələcək.
Qarşılaşma aprelin 11-də ABŞ-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi UFC-də keçirdiyi altı görüşdə dörd qələbə qazanıb, bir dəfə məğlub olub və bir bərabərliyi var.