
“YouTube” tətbiqdaxili mesajlaşma funksiyasını yenidən sınaqdan keçirməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu dəfə funksiya 31 Avropa ölkəsindəki istifadəçilər üçün əlçatan olub.
Platforma mesajlaşma funksiyasını ilk dəfə 2017-ci ildə təqdim edib. Ancaq iki il sonra yeni funksiya dayandırılıb.
2025-ci ilin noyabr ayında bu funksiya Polşa və İrlandiya sakinləri üçün sınaq rejimində yenidən tətbiq edilib.