AZ

Tramp Rusiyanın İrana köməyinə dair sual verən jurnalisti danladı

ABŞ prezidenti Donald Tramp brifinqdə bir jurnalistin Rusiyanın amerikalılara hücumlarda İrana mümkün köməyi ilə bağlı sualını "axmaq sual" adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasətçi rusların İran raketlərinin Amerika obyektlərini hədəf almasına kömək etmələri barədə ehtimalları müzakirə etməkdən imtina edib.

Jurnalisitin prezidentə sualı belə olub: "Görünür, ruslar indi İrana amerikalıları hədəf almağa və hücum etməyə kömək edirlər".

Tramp ona cavab olaraq hazırda bu mövzunu ikinci dərəcəli hesab etdiyini bildirib və jurnalistləri digər mövzulara keçməyə çağırıb.

"Bu, burada etdiyimiz işlərlə müqayisədə kiçik bir məsələdir. Amma dürüst ola bilərəmmi? Sadəcə... Sizə böyük hörmətim var. Həmişə mənə qarşı çox mehriban olmusunuz. Belə bir vaxtda bu sualı vermək... axmaq bir sualdır. Başqa şeydən danışırıq... Növbəti sual", - deyə Tramp deyib.

Musavat.com

Seçilən
76
3
musavat.com

3Mənbələr