AZ

Əbu-Dabi alov içində: Paytaxt aeroportu üzərində ard-arda partlayışlar

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi də raket və dron hücumlarının hədəfinə çevrilib.

Musavat.com xəbər verir ki, paytaxtın beynəlxalq hava limanı üzərində bir neçə güclü partlayış baş verib və ardınca şəhər səmasına böyük tüstü dumanı yüksəlib.

Şahidlərin bildirdiyinə görə, partlayışlar hava hücumundan müdafiə sistemlərinin kənar cisimləri zərərsizləşdirməsi və ya birbaşa zərbələr nəticəsində baş verə bilər. Dubay hava limanındakı bənzər hadisədən cəmi bir neçə dəqiqə sonra Əbu-Dabinin hədəf alınması regionda koordinasiya edilmiş genişmiqyaslı hücumun olduğunu göstərir. Hazırda paytaxtın hava məkanı tamamilə qapadılıb, bütün uçuşlar dayandırılıb. BƏƏ-nin rəsmi xəbər agentliyi (WAM) hələlik itkilər və dağıntılar barədə detallı məlumat yaymasa da, ordunun yüksək hazırlıq vəziyyətinə gətirildiyi bildirilir. Analitiklər bu hücumları İranın son günlər verdiyi "qisas" vədlərinin icrası və körfəz ölkələrinin ABŞ-a verdiyi logistik dəstəyə cavab kimi qiymətləndirirlər.

Musavat.com

Seçilən
91
49
musavat.com

10Mənbələr