AZ

DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək

İtaliya millisinin meneceri Canluici Buffon komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə istefa verəcək.

Bizim.Media xəbər verir ki, "Yuventus"un keçmiş qapıçısı milli komandanın pley-off mərhələsində yaxşı çıxış edəcəyinə inanır. Lakin o bildirib ki, "Azzurra" ardıcıl üçüncü dəfə turnirə vəsiqə qazana bilməsə, istefa verəcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda oynanılacaq pley-off mərhələsi 26-31 mart tarixlərində keçiriləcək. İtaliya ilk oyununda Şimali İrlandiya ilə qarşılaşacaq.

Bizim.Media

Seçilən
100
2
bizim.media

3Mənbələr