Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
İtaliya millisinin meneceri Canluici Buffon komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə istefa verəcək.
QOL.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, "Yuventus"un keçmiş qapıçısı milli komandanın pley-off mərhələsində yaxşı çıxış edəcəyinə inanır. Lakin o bildirib ki, "Azzurra" ardıcıl üçüncü dəfə turnirə vəsiqə qazana bilməsə, istefa verəcək.
Qeyd edək ki, fünya çempionatının final mərhələsinə vəsiqə uğrunda oynanılacaq pley-off mərhələsi 2026-cı il 26-31 mart tarixlərində keçiriləcək. İtaliya ilk oyununda Şimali İrlandiya ilə qarşılaşacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.