AZ

Britaniya XİN Kiprdə mümkün terror təhlükəsi barədə xəbərdarlıq edib

BAKI, 7 mart. TELEQRAF

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Kiprdə terror aktları təhlükəsinin mümkünlüyü barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya XİN-in rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Kiprdə yerləşən Akrotiri hərbi bazasına pilotsuz uçuş aparatının zərbə endirməsi fonunda adada terror hücumları ehtimalı istisna edilmir.

“Kiprdə terror hücumlarını istisna etmək olmaz. Hücumlar ayrı-seçkilik etmədən həyata keçirilə bilər, o cümlədən xarici vətəndaşların tez-tez olduğu yerlərdə”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, martın 2-nə keçən gecə Kiprdə yerləşən Britaniya Hərbi Hava Qüvvələrinin Akrotiri bazası yaxınlığında partlayış baş verib.

Daha sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi bazaya pilotsuz uçuş aparatı ilə zərbə endirildiyini təsdiqləyib.

Həmin gün Kiprdə Britaniya hərbi bazasına doğru uçan daha iki pilotsuz aparatın da ələ keçirildiyi bildirilib.

Seçilən
83
teleqraf.com

1Mənbələr