AZ

Əl Nəhyan Naxçıvana dron hücumunu pislədi

Martın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən "Unikal"a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını ifadə edib, vəziyyətin eskalasiyasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Seçilən
61
9
unikal.az

10Mənbələr