AZ

Fransa Yaxın Şərqə helikopterdaşıyan gəmi göndərdi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Yaxın Şərqdə gərginliyin artması fonunda hərbi mövqeyini gücləndirmək məqsədilə “FS Tonnerre” (L9014) helikopterdaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərib.

Axar.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Fransa ordusunun nümayəndəsi bildirib ki, Yaxın və Orta Şərqdə baş verən böhran fonunda Fransa silahlı qüvvələrinin mövcud hərbi mövqeyini gücləndirmək üçün Aralıq dənizinə amfibiya helikopterdaşıyan gəmi yerləşdirilib.

Məlumata görə, “FS Tonnerre” cümə günü Aralıq dənizinə çatan Fransanın təyyarədaşıyan gəmisi “Charles de Gaulle” (R91) ilə birgə fəaliyyət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
2
axar.az

4Mənbələr