AZ

Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan söz açdılar VİDEO

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Martın 5-də İran İslam Respublikası ərazisindən Naxçıvana həyata keçirilən dron hücumları nəticəsində muxtar respublikanın Şəkərabad kəndində məktəb binasının yaxınlığında güclü partlayış olub. Hadisə zamanı məktəbin müəllim və şagirdləri ciddi təlaş və həyəcan yaşayıblar.

Bir qrup jurnalist sözügedən məktəbdə olub və hadisə şahidləri olan müəllimlərlə söhbət aparıb.

Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan söz açdılar - VİDEO

Məktəbin riyaziyyat müəlliməsi Leyla Həsənova Baku TV-yə bildirib ki, anidən güclü partlayış səsi eşidilib:

"Dərhal uşaqları məktəbin həyətinə çıxardıq. Təxminən 7-8 dəqiqə sonra ikinci dəfə məktəbin yaxınlığına zərbə endirildi. Yaşadığımız stres və qorxuya baxmayaraq, şagirdlərin təhlükəsizliyini tam təmin etdik. Hazırda hər şey qaydasındadır. Bu gün də tədris prosesi normal şəkildə davam edir".

Məktəbin ingilis dili müəlliməsi Aytəkin Babayeva deyib ki, partlayış baş verən an nə baş verdiyini anlamaq çətin olub.

"İlk baxışdan heç nə anlamasaq da, sonradan aeroportdan alov və tüstü qalxdığını gördük. Daha sonra aeroport binasına zərbə endirildiyini bildik. Az sonra şagirdlərin təxliyəsi zamanı baş verən ikinci partlayış təlaşın daha da artmasına səbəb oldu. Buna baxmayaraq, müəllimlər vəziyyəti nəzarətdə saxlamağa çalışdılar. Daha sonra uşaqlar valideynlərinə təhvil verildi. Hazırda şagirdlərə lazımi psixoloji dəstək göstərilir", - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
4
oxu.az

10Mənbələr