AZ

İranın başına çuval keçirmiş mediası: Naxçıvana hücumu necə ört basdır etmək istədilər? VİDEO

ain.az, Oxu.az saytına istinadən bildirir.

Qonşu İranda dünyada çox az rast gəlinən, günün günorta çağı çıraqla da axtarsaq yenə də ancaq orada tapa biləcəyimiz siyasi mühit, siyasi baxışlar, siyasi intriqalar, siyasi dırnaqarası təsir mexanizmləri mövcuddur.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

İranın başına çuval keçirmiş mediası: Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - VİDEO

Sadalananların unikallığı ondan ibarətdir ki, bütün bu proseslərdə insan beyninin imkanları maksimum şəkildə təcrid olunur. Beyin qaranlıq zindanlarda həbs olunduqdan sonra siyasi hokkabazlar buraxılırlar arenaya.

Yekunda da adı qoyulur minlərlə yaşı olan dövlətçilik təcrübəsi. Müasir dövrdə isə hansı müstəvidən baxırsan bax, reallığı görə bilməmək, gördüyü reallığı dərk edə bilməmək, dərk etdiyi reallığı izaholunmaz, dırnaqarası sübutlarla inkar etməyə çalışmaq, bu alınmayanda başına bir çuval keçirib dünyadan təcrid olunmağın adına sadəcə axmaqlıq deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
160
oxu.az

1Mənbələr