AZ

Azərbaycana qarşı informasiya təxribatı - MEDİA məlumat yaydı



Son dövrlər sosial şəbəkələrdə özünü "Qəzetçi" kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır.

Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd olunub ki, ictimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu "resurs" guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yaymışdır: "Bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyir və bəyan edirik ki, belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır.

Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə çağırırıq".

Seçilən
94
35
baki-xeber.com

10Mənbələr