AZ

Trampdan sensasion sözlər: “İranda demokratiya vecimə deyil”

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp "CNN International" telekanalına müsahibəsində İranla bağlı qalmaqallı açıqlama verib. O bildirib ki, İranın demokratik olub-olmaması onun vecinə deyil və ölkədə yeni dini liderin hakimiyyətə gəlməsi də mümkündür.

Sherg.az xəbər verir ki, Trampın sözlərinə görə, vəziyyət Venesueladakı proseslərə bənzər ola bilər:

“İranda demokratiya olub-olmaması məni maraqlandırmır. Orada yeni dini lider də ola bilər.”

ABŞ lideri həmçinin qeyd edib ki, İranın gələcək lideri ABŞ və İsrailə qarşı dost münasibət göstərməlidir. O əlavə edib ki, Yaxın Şərqdəki bəzi ölkələr ABŞ-nin maraqları naminə mübarizə aparır. 

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə artıq yeddinci gününə daxil olub. İran tərəfinin məlumatına görə, münaqişə başlayandan bəri ölkədə ölənlərin sayı 1230 nəfərə çatıb.

Bu arada İsrail ordusu Beyrutun Dahiye bölgəsinə hava zərbələri endirib. Livan Səhiyyə Nazirliyi isə İsrailin martın 2-dən bəri həyata keçirdiyi hücumlarda 217 nəfərin öldüyünü, 798 nəfərin yaralandığını açıqlayıb.

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi isə ölkəsinin heç bir halda atəşkəs elan etməyəcəyini və danışıqlara getməyəcəyini bildirib.

Eyni zamanda İsrail ordusu Tehran və İsfahan istiqamətində yeni hücum dalğasının başladığını açıqlayıb. İran Prezidenti Məsud Pezeşkian isə ölkəsinin bölgədə davamlı sülhə sadiq olduğunu, lakin milli suverenliyi qorumaqda qətiyyətli olduqlarını deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
50
sherg.az

10Mənbələr