AZ

İsrail onu da HƏDƏF ALDI

İran ali liderinin ofisinin aparat rəhbərinin müavini Əli-Əsgər Hicazi İsrailin Tehrana endirdiyi hava zərbəsinin hədəfi olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşrinin hərbi müxbiri Emanuel Fabian mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, daha əvvəl İsrail Müdafiə Ordusu (İDF) Tehrana endirilən zərbənin hədəfinin “İranın yüksək rütbəli komandirlərindən biri” olduğunu bildirmişdi.

Ordudan bildirilib ki, əməliyyatla bağlı əlavə təfərrüatlar daha sonra açıqlanacaq. /Musavat.com /

Seçilən
28
1
nocomment.az

2Mənbələr