AZ

Trampdan İrana gözlənilməz zərbə: Bu qərar dünyanın taleyini dəyişəcək

“The Wall Street Journal”ın məlumatına görə, ABŞ gözlənilən danışıqlarda Çindən Rusiya neftinin alışını azaltmasını istəyəcək. Nəşr yazır ki, ABŞ-ın maliyyə naziri Scott Bessent Çin nümayəndələrini həmçinin İran neftindən imtina etməyə inandırmağa çalışacaq. Bunun müqabilində isə ABŞ nefti və qazının, eləcə də “Boeing” təyyarələrinin və soya tədarükünün artırılmasının təklif olunması planlaşdırılır.

İddialara görə, Çin lideri Si Cinpin cavab olaraq ABŞ Prezidenti Donald Trump ilə danışıqları zamanı Tayvanın müstəqilliyi ilə bağlı məsələni gündəmə gətirə bilər.

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a politoloq Züriyə Qarayeva danışıb. O deyib ki, ABŞ-ın Çinlə aparacağı danışıqlarda əsas məqsəd Pekinin Rusiya və İran neftindən asılılığını azaltmaqdır:

“Vaşinqton bununla həm Moskvaya tətbiq etdiyi sanksiyaların təsirini gücləndirmək, həm də İranın enerji gəlirlərini məhdudlaşdırmaq istəyir. ABŞ-ın alternativ olaraq Çin bazarına öz neft və qazını təklif etməsi, eyni zamanda “Boeing” təyyarələri və kənd təsərrüfatı məhsullarının, xüsusilə soyanın ixracını artırmaq niyyəti bu danışıqların yalnız siyasi deyil, həm də geniş iqtisadi paket üzərində qurulduğunu göstərir. Yəni Vaşinqton Pekinə təzyiqdən daha çox iqtisadi stimullar vasitəsilə təsir etməyə çalışır və enerji bazarındakı payını artırmaq üçün geosiyasi rəqabəti ticarət alətləri ilə birləşdirir.

Seçilən
75
1
publika.az

2Mənbələr