AZ

“Güc və Zəriflik” adlı rəsm sərgisi keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi keçirilib.

"Unikal" xəbər verir ki, YAP Yasamal rayon təşkilatında baş tutan sərgidə 100 nəfər rəssamın əsərləri təqdim edilib. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

Azərbaycan qadınları gənc nəslin Vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər.

Qeyd olunub ki, artıq Azərbaycan qadını Beynəlxalq Qadınlar Bayramını qürurla qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 ilə yaxın düşmən işğalına son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərlə ölkəmiz və xalqımızın başını uca etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasəti dinamik şəkildə inkişaf edir.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bildirib ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu Azərbaycan qadınının sənətə bağlılığından xəbər verir.

Çıxışlardan sonra rəssamlara diplomlar təqdim edilib.

Seçilən
91
50
unikal.az

10Mənbələr