AZ

Prezident İlham Əliyev Edi Ramaya təşəkkür etdi



Prezident İlham Əliyev Albaniya Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

Bununla bağlı Prezident İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Mən Albaniyanin Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə görə ən dərin minnətdarlığımı bildirmək istərdim. Xalqımız nümayiş etdirdiyiniz qəti mövqeyi, həmrəyliyi və birliyi yüksək qiymətləndirir", - paylaşımda qeyd olunub.

Seçilən
49
30
baki-xeber.com

10Mənbələr