AZ

Türkiyədə sosial media istifadəçiləri yaşlarını təsdiqləməli olacaqlar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 6 mart, AZƏRTAC

Türkiyənin ədliyyə naziri Akın Gürlek 16 yaş və yuxarı sosial media istifadəçilərinin mobil telefonlarına xüsusi kod daxil edərək yaşlarını təsdiqləməli olacaqlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ədliyyə naziri təsdiq kodu sisteminin tətbiqi üzərində işlərin fəal şəkildə davam etdiyini bildirib.

O, həmçinin uşaqlar və yeniyetmələr üçün sosial mediaya girişin tezliklə bloklanacağını əlavə edib.

Nazir uşaqları zorakılığa, gender neytrallığına və başqa neqativ meyillərə təhrik edən şəbəkələrlə bağlı Türkiyə Cinayət Məcəlləsinə dəyişikliklərin ediləcəyini də açıqlayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
2
azertag.az

3Mənbələr