AZ

Pezeşkian: Bir neçə ölkə müharibəni dayandırmaq üçün hərəkətə keçib

BAKI, 6 mart. TELEQRAF

“Bir neçə ölkə İrandakı müharibəni dayandırmaq üçün vasitəçilik səylərinə başlayıb”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Gəlin açıq deyək: biz regionda davamlı sülhə sadiqik, amma ölkəmizin ləyaqət və suverenliyini müdafiə etməkdən çəkinməyəcəyik. “Vasitəçilik İran xalqını qiymətləndirməyən və bu münaqişəni alovlandıranlara qarşı yönəldilməlidir”, - o bildirib.

Seçilən
83
1
teleqraf.com

2Mənbələr